Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mütailənin mənəvi inkişafımızda rolu

12.08.2024

 Masallı rayon Mərkəzi Kitabxanasında “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci il üçün Fəaliyyət Planı” na uyğun olaraq - uşaqların milli-mənəvi ruhda tərbiyə olunması, istedad və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə ”Mütailənin mənəvi inkişafımızda rolu” mövzusunda tədbir-ekskursiya keçirilib. Tədbirdə İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbin “Yay məktəbi” layihəsinin şagirdləri iştirak ediblər.

Tədbir başlamazdan öncə Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi yad edilib.Tədbirdə çıxış edən kitabxananın əməkdaşı Gülər Piriyeva məktəblilərə Mərkəzi Kitabxananın yaranma tarixi və 100 illik fəaliyyət dövrü haqqında məlumat verib. O,çıxışında mütailənin oxucularda yüksək dünyagörüşünün formalaşması və məntiqi təfəkkürün inkişafında bənzərsiz rolundan, yeniyetmə və gənclərin milli-mənəvi dəyərlərə bağlılıq və estetik tərbiyəsində əhəmiyyətindən söhbət açıb.

Tədbirin gedişində məktəblilər müxtəlif mövzularda kitablar oxuyub, tanış olduqları əsərlər barədə fikir mübadiləsi aparıblar.Sonda şagirdlər kitabxana fonduna yeni daxil olan kitablara abunə yazılıblar.