Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda ”Uşaqların mədəni-estetik tərbiyəsi və onların inkişaf hüquqları“ mövzusunda tədbir keçirilib

13.08.2024

Masallı Tarix-Diyarşünaslıq Muzeyində “Uşaqlara dair Strategiyanın həyaya keçirilməsi üzrə 2020-2025-ci il üçün Fəaliyyət Planı” na uyğun olaraq uşaqların müdafiəsi sahəsinin normativ hüquqi baza, institusional struktur və uşaqların zərərli informasiyalardan qorunması məqsədilə tədbir keçirilib.

"Uşaqların mədəni-estetik tərbiyəsi və onların inkişaf hüquqları “adlı tədbirdə İntiqam Əsgərli adına Masallı şəhər 3 saylı tam orta məktəbin “Yay məktəbi” layihəsinin şagirdləri iştirak ediblər.

Muzeyin bərpaçı rəssamı Heyran Lələyeva Uşaqların zərərli informasiyalardan qorunması haqqında Qanun, Zərərli informasiya nədir?, zorakılıq, qəddarlıq və bunları təbliğ edən informasiyalar , cəmiyyət əleyhinə, hüquqazidd hərəkətlər, o cümlədən cinayətləri təbliğ edən informasiyalar təqdim edilərkən yetişməkdə olan gələcək nəslin bundan necə təsirlənəcəyi və necə qorunmaları yollarından danışıb.

O qeyd edib ki, ailə institutunu gözdən salan, ailəyə zərbə vuran, əxlaqdan kənar informasiyalar, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən məlumatlar uşaqlar üçün zərərli informasiyalar sırasındadır. Uşaqları qorumaq üçün jarqon ifadələr, söyüş, pornoqrafik xarakterli, narkotiki, psixotrop maddələri, alkoqolu təbliğ edən informasiya axınının da qarşısını almaq lazımdır.

Sonda iştirakçılar muzeyə və qalereyaya ekskursiya edərək bölgənin maddi və mədəni irsini özündə təcəssüm edən eksponatlar, maraqlı rəsm əsərləri ilə tanış olub,geniş məlumatlar əldə ediblər.