Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gənclər bizim gələcəyimizdir

12.08.2024

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində Beynəlxalq Gənclər Günü münasibəti ilə "Gənclər bizim gələcəyimizdir" mövzusunda tədbir keçirilib.

Tədbirdə kitabxananın fəal oxucuları iştirak ediblər.

Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova açaraq bildirib ki, tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəslə bağlayır. Savadlı,geniş dünya görüşünə malik gənclərin yetişdirilməsi hər bir ölkə üçün başlıca məsələdir.Bu gün ifrixarla demək olar ki,müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərini,doğma ana dilimizi,adət-ənənələrimizi qoruyub yaşadır.Ümummilli lider Heydər Əliyevin dediyi kimi ,Azərbaycanın gələcəyi gənclərimizin əlindədi.Bəli bü gün o gənclər tarixi torpaqlarımızı bizə qaytararaq ərazi bütövlüyümüzü bərpa etdilər.Azərbaycan gəncləri dünyada ilklər sırasındadır.Əziz gənclər bayramınız mübarək.

Sonra tədbir iştirakçılarının mövzu ilə bağlı fikirləri dinlənilib.

Yekunda balaca fidanlrın ifasında şeirlər səsləndirilib.

#Azərbaycan #MinistryforCulture #MədəniyyətNazirliyi #mədəniyyət #Lənkəran #Masallı #Yardımlı #Astara #Lerik #Cəlilabad #LənkəranAstaraRMİ