Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda Xocalı soyqırımına həsr olunmuş ümumrayon anım günü keçirildi

26.02.2019

       26 fevral 2019 – cu il tarixdə Yardımlı rayonunda Xocalı faciəsinin 27 – ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon rəhbərliyi, idarə və müəssisə işçiləri, məktəblilər, ziyalılar iştirak edirdi.      Tədbirdə Xocalıda baş vermiş insanların  kütləvi  qətli ilə əlaqədar məlumat verildi. Gənc istedadlı şagird, Çayüzü kənd sakini Əfsanə xanım Nadirlinin ifasında tədbirə uyğun şeirlər səsləndirildi.   Azərbaycanın artan nüfüzü, uğurlu diplomatiyası sayəsində Ermənistanın terrorçuluq və işğalçılığı baradə beynəlxalq səviyyədə aparılan ideoloji təbliğatının məntiqi nəticəsi kimi bir sıra dövlətlərdə Xocalı faciəsi ilə əlaqədar aksiyaların təşkili barədə də məlumat verdi.Tədbir iştirakçıları matəm musiqisinin sədaları altında Şəhidlər xiyabanını ziyarət etdilər və şəhidlərimizin ruhlarınana dualar oxundu.