26.07.2024
Astara rayon Heydər Əliyev Mərkəzində, Astara rayon Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana, “Gənclər Evi” Sosial Xidmət müəssisəsi, Dövlət Rəsm Qaleriyası əməkdaşlarının və rəssamlıq dərnəyi şagirdlərinin iştirakı ilə “Azərbaycanın dövlət sərhədləri etibarlı şəkildə qorunur” mövzusunda tədbir keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd etmişdir ki, Müasir Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevin ölkəmizdə bütün sahələrin inkişafında əvəzsiz rolu olmuşdur. Məhz onun Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bir dövlət üçün mühüm əhəmiyyət kəsb edən strukturlar fəaliyyətə başlamış və ya inkişafına təkan verilmişdir.
2002-ci il iyul ayının 31-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə imzaladığı fərmanın ölkəmizin sərhədlərinin etibarlı mühafizəsində önəmli rolu oldu.
Sonra “Sərhəddən başlayan Vətən” mövzusunda film nümayiş olunub.
Astara rayon Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Elza Kazımova geniş məruzə cıxış edərək bildirmişdir ki, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qarşıda duran ən mühüm vəzifələrdən biri dövlət sərhədlərinin mühafizəsi idi. Müstəqilliyə qədər isə 70 il Sovet imperiyasının tərkibində yaşayan ölkəmizin sərhədləri SSRİ konstitusiyası çərçivəsində müəyyən edilmişdi. Həmin illərdə Azərbaycan yalnız Türkiyə və İran ilə həmsərhəd idi. Azərbaycanın İran və Türkiyə ilə sərhədlərini sovet sərhədçiləri qoruyurdular. Yalnız 1991-ci ildə müstəqilliyimizi yenidən bərpa etdikdən sonra həmin il dekabrın 16-da Azərbaycan Respublikası Dövlət Sərhədini Mühafizə Komitəsi təsis edilmiş və ölkəmizin sərhədlərini milli qüvvələrimiz qorumağa başlamışlar.
Daha sonra mövzu ətrafında Astara Dövlət Rəsm Qaleriyasının direktoru Naibə Mustafayeva, Astara rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktor vəzifəsini müvəqqəti icra edən Şahin Əliyev, kitabxananın direktor vəzifəsini müvəqqəti icra edən Emil Baxşiyev, Astara “Gənclər Evi” Sosial Xidmət müəssisəsinin faəl gənci Rüstəm Sərhəncov və Pərvin Məmmədova çıxış edib. Tədbir şagirdlərin mövzu ilə bağlı suallarının cavablandırılması ilə davam edib.
Yekunda tədbir iştirakçıları mərkəzin elektron kitabxanasında saxlanılan kitablar və rəssamlıq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmış keçiriblər.