Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Milli mətbuat mənəvi dəyərimizdir

22.07.2024

Astara rayon Mədəniyyət Mərkəzinin və Artupa kənd mədəniyyət evinin təşkilatçılığı ilə Milli mətbuat gününə həsr olunmuş tədbir keçirilib.

Tədbiri Lənkəran-Astara regional Mədəniyyət idarəsinin baş məsləhətçisi Şadoğlan Bayramov açaraq, Milli mətbuat günü və rayonda fəaliyyət göstərən “Astara” qəzeti  haqqında ətraflı məlumat verib.

Sonra kitabxananın direktoru vəzifəsini müvəqqəti icra edən Emil Baxşıyev  “Milli mətbuat mənəvi dəyərimizdir ” mövzusunda məruzə edib.

Tədbirdə uzun müddət “Astara” qəzetində çalışmış Azərbaycan Jurnalistlər Birliyinin üzvü Mehman Quliyev, "Astara" qəzetinin ictimai müxbiri Fəxrəddin Məhərrəmov, Səncərədi kənd klubunun müdiri Cəsur Salayev çıxış edərək Milli mətbuatın, eyni zamanda Azərbaycanın ilk mətbu orqanı - “Əkinçi”, eləcə də “Astara” qəzetinin tarixindən və öz fəaliyyətlərindən tədbir iştirakçılarına məlumat veriblər.