31.05.2024
Layihənin ilk görüşü mayın 31-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, "Nömrə 1" Psixoloji İnkişaf Mərkəzinin, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.
"Milli-mənəvi dəyərlər: Sabaha baxış” mövzusunda keçirilən tədbirdə Azərbaycan Respublikasının Xalq Artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Fərqanə Qasımova və psixologiya üzrə fəlsəfə doktoru Könül Cəfərova, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə, "Nömrə 1" Psixoloji İnkişaf Mərkəzinin rəhbəri Elvira Əzizova iştirak edib.
Layihənin məqsədi milli-mənəvi dəyərlərin ölkənin tanınmış simaları, incəsənət və mədəniyyət xadimlərinin vasitəsi ilə gənc nəslə çatdırılmasıdır.