Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda mədəniyyət nümayəndələri xüsusi qayğıya ehtiyacı olan uşaqları ziyarət edib

31.05.2024

Masallı Tarix-Diyarşünaslıq Muzeyi və Şərəfə kənd Folklor Evinin əməkdaşları 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində Əlil Sahibkarlar Təşkilatı İctimai birliyi Sosial xidmətlər agentliyinin Masallı Günərzi Qayğı Mərkəzini ziyarət ediblər.

Uşaqları bayram münasibəti ilə təbrik edən muzeyin ditektoru Əntiqə Tağıyeva, folklor evinin müdiri Dürdanə Hüseynova xüsusi qayğıya ehtiyacı olan körpələrə hədiyyələr verərək onları sevindiriblər.