07.06.2024
Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı çərçivəsində “İnsan hüquqlarının qorunması müsir dünyaya qovuşmağın əsas yoludur” mövzusunda tədbir keçirilib.
Tədbirdə Ombudsmanın Cənub Regional Mərkəzinin, Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsinin, Astara rayon İcra Hakimiyətinin Hüquq şöbəsinin, Yeni Azərbaycan Partiyasının Astara rayon təşkilatının əməkdaşları, Astara Pedaqoji Kolleçinin, M.Ə.Sabir adına şəhər 1 saylı və F.Əliyarov adına 6 saylı tam orta məktəblərinin müəllim və şagirdləri iştirak edib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, İyunun 18-i ölkəmizdə İnsan hüquqları günüdür. Prezident Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli fərmanı ilə "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci ildə hər il 18 iyun tarixinin ölkəmizdə “İnsan hüquqları günü” kimi qeyd edilməsinə dair Sərəncam imzalanıb. Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsman) təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda “İnsan hüquqları aylığı” elan edilib.
Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov geniş məruzə ilə çıxış edərək bildirib ki, Ümummilli lider Heydər Əliyevin sədrlik etdiyi komissiya tərəfindən hazırlanmış, 1995-ci il 12 noyabr tarixindində ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olunmuş, qanunvericilik sisteminin əsasını təşkil edən, ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Azərbaycan Respublikasının Konstitusiyası insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoyub. Ölkəmiz insan hüquq və əsas azadlıqlarının qorunmasına təminat kimi demokratik idarəetmə və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsini alternativsiz yol kimi seçmişdir. Demokratik, hüquqi dövlətin qanunun aliliyi, insan hüquqları və sosial ədalət kimi fundamental əsaslarının möhkəmləndirilməsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin daim diqqət mərkəzindədir. Bu istiqamətdə növbəti addımlardan biri də ölkə Prezidenti tərəfindən 27 dekabr 2011-ci il tarixdə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın qəbul olunmasıdır.
Sonra mövzu ətrafında Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsinin baş inspektoru Zamiq Kərimov cıxış edib.
Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin elektron kitabxanasında saxlanılan kitablar və rəssamlıq dərnəyi şagirdlərinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.