11.06.2024
Cəlilabadda “İnsan hüquqları aylığı" çərçivəsində Cəlilabad rayon Heydər Əliyev Mərkəzi və Ombudsmanın Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və "Dayanıqlı İnkişaf Məqsədləri" mövzularında dəyirmi masa keçirilib.
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə təşkilatçı müəssisələrin əməkdaşları və mədəniyyət nümayəndələri iştirak ediblər.
Ombudsmanın Cənub Regional Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov çıxış edərək diqqətə çatdırıb ki, Ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də ilk "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın təsdiqi və insan hüquqlarının təminin dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyi nəzərə alınaraq Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamı ilə 18 iyun tarixi ölkəmizdə İnsan Hüquqları Günü kimi təsis olunmuşdur. Ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr, Dayanıqlı İnkişaf Məqsədləri, qüvvədə olan qanunvericilik aktları, dövlət proqramları, strategiyalar, milli fəaliyyət planları, konsepsiyalar, habelə bu kimi digər sənədlər, eyni zamanda, cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, insan hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş nailiyyətlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına geniş məlumatlar verilib. Azərbaycanda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilinin yüksək əhəmiyyətindən geniş bəhs olunub. Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru Ofeliya xanım Qəhrəmanova İnsan Hüquqları Aylığının elan edilməsinin, vətəndaşların öz hüquq və azadlıqları barədə məlumatlandırılması, hüquq düşüncəsinin inkişaf etdirilməsini əhəmiyyəti barədə çıxış etmişdir.