Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

12 İyun-Uşaq Əməyinə Qarşı Mübarizə Günü

12.06.2024

Astara rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində "12 İyun-Uşaq əməyinə qarşı mübarizə Günü" ilə bağlı tədbir keçirilib.

Tədbirdə Z.Bünyadov adına şəhət 2 saylı tam orta məktəbin müəllimi Səadət Heydərova və III sinif şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin müdiri Gülüstan Dadaşova açaraq bildirib ki,Beynəlxalq Əmək Təşkilatı tərəfindən 12 iyun Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə günü kimi qeyd edilir.İlk dəfə 2002-ci ildən qeyd edilən bu günün məqsədi cəmiyyətin diqqətini mövcud problemə yönəltmək və uşaq əməyinin ləğvinə nail olmaqdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 iyun tarixli Sərəncamı ilə təsdiq edilən "2020-2030-cu illər üçün Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyası"nda xüsusilə uşaqların əməyə cəlb edilməsi hallarının aşkarlanması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsinin zəruriliyi qeyd edilib.

Sonra Uşaq şöbəsinin əməkdaşı Aysel Əhmədova və müəllimə Səadət Heydərova mövzu ilə bağlı fikirlərini bildiriblər.

Yekunda şagirdlərin sualları cavablandırılıb.