Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hüquqlarımızı bilək

12.06.2024

Astara Tarix-Diyarşünaslıq Muzeyində "İnsan hüquqları aylığı" çərçivəsində “Hüquqlarımızı bilək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Ziya Bünyadov adına şəhər 2 saylı tam orta məktəbin müəllim şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə muzeyin kiçik elmi-işçisi Rəna Əskərova açaraq qeyd edib ki, insan hüquqlarına hörmət cəmiyyətin öz uşaqlarına münasibətindən başlayır. Uşaqlar fiziki və psixoloji cəhətdən müdafiəsiz və zəif olduqlarından onların xüsusi qayğı və münasibətə ehtiyacı var.

Uşaq hüquqlarının qorunmasında birinci dərəcəli məsuliyyət ailənin üzərinə düşür. Bu Azərbaycan Respublikası Ailə Məcələsinin 51-ci maddəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Konistitutsiyasının17-ci madəsində göstərilir ki, uşaqların qayğısına qalmaq, onları müdafiə etmək ailənin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

Uşaqların hüquqlarını qorumağa dair ən mükəmməl beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyası oldu. Azərbaycan dövləti də bu Konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirlməsinə çalışır. Bu sahədə Azərbaycan Respublikasının əsas milli sənədi olan “Uşaq hüquqları haqqında” qanun qəbul etmişdir.

Sonra mövzu ətrafında çıxışlar oldu və şagirdlərlə fikir mübadiləsi aparıldı.

Tədbirin sonunda şagirdlər muzeyə ekskursiya edərək muzeyin əməkdaşı İlahə Mirzəyevanın əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.