Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəran Dövlət Universitetində “Məzun yarmarkası” keçirilib

14.06.2024

Lənkəran Dövlət Universitetində “Məzun yarmarkası” keçirilib.

“Məzun yarmarkası”na bölgədə fəaliyyət göstərən 30-dan çox idarə, müəssisə və təşkilat tərəfindən ümumilikdə 130-a yaxın vakant iş yerləri çıxarılıb.

Məzun yarmarkasında Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə,

LDU-nun rektoru, professor Natiq İbrahimov, digər rayon rəsmiləri, LDU-nun bu ilki məzunları, işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbir 15 İyun Milli Qurtuluş Gününə həsr olunan videorolikin nümayişi ilə başlayıb.

LDU-nun rektoru, professor Natiq İbrahimov iştirakçıları ilk öncə 15 İyun Mİlli Qurtuluş Günü münasibətilə təbrik edərək bayram arzularını çatdırıb. Prof. Natiq İbrahimov qarşılıqlı diskussiya zamanı universitetdə tədrisin maddi texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxəssislərin hazırlanması istiqamətində son illərdə görülən işlərdən, aparılan təhsil islahatlarından danışıb. Məzun yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən prof. Natiq İbrahimov belə tədbirlərin hər il LDU-nu bitirən yüzlərlə məzuna iş probleminin həllində dəstək olduğunu, əmək yarmarkalarının gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını, işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib. Universitet rəsmisi LDU-da kadr hazırlığının keyfiyyətini artırmaq məqsədilə son illərdə tədrisdə praktik məşğələlərə geniş yer ayrıldığını, müasir elmi-təcrübi labaratoriyalarının təşkil edildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Qeyd edək ki, tədbirin əsas məqsədi tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da, işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.