Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Sənin hüquqların” mövzusunda tədbir keçirilib

13.06.2024

Yardımlı rayon Mərkəzi Kitabxanasında Yardımlı rayon Peşə məktəbinin şagirdləri və digər oxucularla birlikdə "18 İyun- Azərbaycanda İnsan Hüquqları Günü" ilə əlaqədar dəyirmi masa keçirilib.

Öncə torpaqlarımız uğrunda canlarından keçən Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kitabxananın şöbə müdiri Vasif Abdulov geniş məruzə edərək qeyd edib ki, Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq etdiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi tarix "18 iyun- Azərbaycanda İnsan Hüquqları Günü" elan edilib.

Sonra kitabxananın əməkdaşı Ərşad İsrafilov, Peşə məktəbin müəllimi Dilavər Məmiyev çıxışlarında vurğulayıblar ki, Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamda Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib.

Yekunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.