15.06.2024
Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara regional nümayəndəliyinin Masallı bölməsinin və Masallı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Masallı rayon Təhsil Sektorunun dəstəyi ilə rayon Ümumtəhsil müəssisələrində 8-11-ci sinif şagirdləri üçün “Karyera Akademiyası” adlı layihə həyata keçirilib.
Layihə çərçivəsində təlimlər Masallı rayon ümumtəhsil məktəblərində təşkil olunub. Təlimçi, karyera məsləhətçisi Orxan Əliyevin təqdimatında keçirilən və ixtisas seçimindən bəhs edən təlimdə
- İxtisas seçimi necə aparılmalıdır;
- Əmək bazarı nədir;
- Bilik bacarıq və istedadın karyera planlamasında rolu;
- Gələcəkdə hansı sahələr daha uğurlu olacaq;
- İxtisas seçimi edərkən ən çox hansı səhvlər edilir kimi mövzulardan danışılıb, məktəblilərin sualları cavablandırılıb.
Qeyd edək ki, layihənin məqsədi məktəblilərin düzgün karyera planlamasına və ixtisas seçiminə dəstək olmaqdır.