Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə 15 iyun Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

14.06.2024

 Lerik rayon Kələxan kənd Mədəniyyət Evində, rayon Mədəniyyət Mərkəzinin və Kələxan kənd Mədəniyyət Evinin təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə Lerik rayon Mədəniyyət Mərkəzinin, Kələxan kənd Mədəniyyət Evinin, Qosmalian kənd Mədəniyyət Evinin, Amdurdərə və Mistan kənd klublarının əməkdaşlarının, Kələxan kənd ümumi orta məktəbinin kollektivləri, məktəblilər və kənd sakinləri iştirak edib.

İlk öncə Ümummilli lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Şəfahət Əliyev, məktəb direktoru Şəmşad Mehtiyev və kənd ağsaqqalları bildiriblər ki, Heydər Əliyevin ikinci dəfə, 1993-cü ilin 15 iyun tarixində siyasi hakimiyyətə gəlişi, nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. Bu, həqiqətən də bir qurtuluş idi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, Ulu Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümündən çəkinməyərək nail oldu.

Qeyd olunub ki, Azərbaycan dövlətinin yenidən möhkəm təməllər üzərində qurulmasında və dünyada tanıdılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir.

Sonda məktəblilərin ifasında şeirlər dinlənilib və Mədəniyyət Mərkəzinin hazırladığı vətənpərvərlik ruhlu musiqi nömrələri səsləndirilib.