Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Xocalı faciəsini unutmayaq”

20.02.2019

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı Soyqırımınn

iyirmi yeddinci ildönümünün keçirilməsi haqqında sərəncamına əsasən 20.02.2019-cu il tarixində Masallı rayon Heydər Əliyev Mərkəzində “Xocalı faciəsini unutmayaq”adlı tədbir keçirilmişdir.Tədbir iştirakçıları  ilk öncə mövzu ilə bağlı Mərkəzin əməkdaşı Rəşad Dadaşov tərəfindən səslənən mühazirəni dinlədilər.Daha sonra Xocalı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.Sərçuvar kənd orta məktəbinin şagirdləri və  Masallı Regional Kollecin tələbələri “Xocalı qətliamı”adlı filmi  izlədikdən sonra Mərkəzdə fəaliyyət göstərən MKS-in 32 saylı filialında “Xocalı şahidləri”adlı kitablarla və  sonda Rəsm dərnəyinin kiçik rəssamlarının əl işlərindən ibarət sərgi ilə tanış oldular.