Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Böyük dövlət adamı Heydər Əliyev

13.07.2024

 Masallı rayon Mərkəzi Kitabxanasında ümummilli lider Heydər Əliyevin Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin ildönümü ilə əlaqədar “Böyük dövlət adamı Heydər Əliyev” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Günay Xəlilova bildirib ki, Heydər Əliyev Azərbaycan milli tarixində özünəməxsus yer tutan elə nadir şəxsiyyətlərindəndir ki, onun zəngin irsi hələ uzun müddət politoloqların, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. O, çıxışında qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyev 60-cı illərin axırlarında hakimiyyətə gələndə Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrü yaşayırdı.Məhz, Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı.

Sonra kitabxananın əməkdaşı Mərdan İsgəndərov məruzəsində vurğulayıb ki, ömrünün mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər Heydər Əliyev bu müqəddəs amal uğrunda ən çətin maneələrə, problemlərə mərdliklə sinə gərən millət fədaisi kimi daim böyük ehtiramla, rəğbətlə xatırlanır. Ulu öndərin sovet dönəmində respublikamıza rəhbərlik etdiyi illər ərzində böyük elmi, intellektual kadr, iqtisadi və enerji potensialı yaradılmasına nail olmuş, ölkəmizin müstəqil yaşaması üçün möhkəm təməl qoymuşdur.Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, dahi lider Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır.