Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tarixi abidələr milli kimliyimizdir

04.07.2024

Astara rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkşafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin, Astara Dövlət Rəsm Qaleriyasının, M.Ə.Sabir adına səhər 1 və 5 saylı tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə “Tarixi abidələr milli kimliyimizdir“ mövzusunda tədbir keçirilib.

Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbirdə Astara rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova cıxış edərək qeyd edib ki, dahi rəhbər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin ideoloji bazasının əsas sütunlarından birini məhz tarixi abidələrimiz təşkil edir desək yanılmarıq. Ona görə də müasir dövrdə Azərbaycanın hərtərəfli inkişafı fonunda tarixi abidələrin qorunması qarşıda duran mühüm vəzifələrdəndir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə maddi-mədəni irsimizin qorunması, tədqiqi və təbliği işi yüksək inkişaf səviyyəsinə çatıb.

Sonra ”Astara rayonunun tarixi abidələri” mövzusunda film nümayiş olunub.

Tədbirdə Mədəni İrsin Qorunması İnkşafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin əməkdaşı Nadirə Dadaşova geniş məruzə ilə çıxış edərək bildirib ki, Arxeoloq alimlərimizin apardıqları tədqiqatlar nəticəsində Azərbaycanın dünyada ən qədim insan məskənlərindən və sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla sübuta yetirilib. Həmin dövrdə respublikamızın bütün bölgələrində arxeoloji ekspedisiyalar fəaliyyət göstərib, xalqımızın maddi-mədəni irsinə dair yüz minlərlə qədim nümunələr - arxeoloji materiallar toplanıb. Böyük şəhərlərlə yanaşı, Azərbaycanın demək olar ki, bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri yaradılıb, qədim və yaxın tariximizin ən nəfis nümunələri həmin muzeylərə toplanıb və qorunub.

Sonra mövzu ətrafında M.Ə.Sabir adına şəhər 1 saylı tam orta məktəbinin müəllimi Qənirə Cəfərova cıxış edib.

Yekunda tədbir iştirakçıları Mədəni İrsin Qorunması İnkşafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Astara rayonu üzrə nümayəndəliyinin və Astara rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə hazırlanmış Astara rayonun ərazisində mühafizə olunan abidələrin fotoşəkillərindən ibarət sərgiyə baxmış keçiriblər.