Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Heydər Əliyev-Xalqın xilaskarı

10.05.2024

 Cəlilabad rayon Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin 101 illiyi ilə əlaqədar "Heydər Əliyev-Xalqın xilaskarı" adlı dəyirmi masa keçirilib.

İlk öncə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə kitabxananın əməkdaşı Əyyar Bağırov açaraq, Ulu öndər Heydər Əliyevin həyatı haqqında məlumat verib.

Sonra kitabxananın digər əməkdaşları Müşahidə Nərimanova və Zaur Hüseynov öz çıxışlarında Ulu öndər Heydər Əliyevin son 50 illik həyatında Azərbaycanın inkişafı və tərəqqisi naminə gördüyü işlərdən danışıblar.

Yekunda Cəlilabad rayon Mirlətif Ağatev adına MMC Təbib tibb kursunun tələbələri də mövzu ilə bağlı çıxış edərək fikirlərini ifadə ediblər.