Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş açıq tarix dərsi keçirilib

10.05.2024

 Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin və Azər Məhərrəmov adına şəhər 7 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş "Dahi Şəxsiyyət" adlı açıq tarix dərsi keçirilib.

Heydər Əliyev Mərkəzinin bələdçisi Həmidə Məmmədli və məktəbin tarix müəllimi Şahqubadbəyli Asiyə çıxışlarında Ümummilli liderimiz Heydər Əliyevin xalqına həsr etdiyi şərəfli ömür yolundan bəhs ediblər.

Sonra şagirdlərin ifasında Ulu öndər Heydər Əliyevə həsr olunan şeirlər səsləndirilib, mövzu ilə bağlı fikirləri dinlənilib.

Yekunda tədbir iştirakçılarına mərkəzin ekspozisiya zalında yerləşən Ümummilli lider Heydər Əliyevin şərəfli və mənalı ömür yolunu əks etdirən eksponatlar haqqında məlumat verilib.