Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Həzi Aslanovun ev-muzeyinin 55 illiyi qeyd olunub

10.05.2024

Ulu Öndərin anadan olmasının 101-ci, İkinci Dünya müharibəsində qələbənin əldə olunmasının 79-cü, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun 114-cü ildönümü ərəfəsində qəhrəmanın adını daşıyan ev-muzeyinin 55 illiyi qeyd olunub. 


Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Əliyeva, Müdafiə Nazirliyinin rəsmiləri, rəşadətli Azərbaycan Ordusunun tankçı qəhrəmanları, veteranlar, ictimaiyyət nümayəndələri və Həzi Aslanovun ailə üzvləri əvvəlcə Ulu Öndərimizin Lənkəran şəhərinin mərkəzində ucaldılan abidəsini və əfsanəvi qəhrəmanın Xatirə Parkındakı abidəsi önünə əklil qoyub, qərənfillər düzüb, xatirələrini ehtiramla yad ediblər.


Həzi Aslanovun dünyaya göz açdığı ocağda davam edən tədbir öncəsi Dövlət himnimiz səsləndirilib, Böyük Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani II Dünya müharibəsinin igid sərkərdələrindən biri Həzi Aslanovun mənalı həyatı, şərəfli döyüş yolu və qəhrəmanlığı barədə danışıb.