Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yardımlıda “Səadət sarayı” kitabının təqdimat mərasimi keçirilib.

06.02.2019

Yardımlı rayonunda şair-publisist Sevil Gül Nur xanımın Azərbaycan Respublikasının Müstəqilliyi uğrunda Vətənin cənubunda yerləşən: Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarından olan şəhidlərimiz haqqında “Səadət sarayı” kitabının təqdimat mərasimi keçirilib. Tədbirə rayon ədəbi mühit nümayəndələri ilə birlikdə müxtəlif dövlət və ictimai təşkilatlardan, Qarabağ qaziləri və şəhid valideyinləri dəvət edilmişdi. Habelə tədbirdə Bakı şəhərindən gələn yazarlardan ibarət nümayəndə heyyəti iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan rayon Tarix – Diyarşünaslıq muzeyinin direktoru Əli İskəndərov ilk dəqiqələrdən şəhidlərimizin ruhunu yad etmək üçün bir dəqiqəlik xatirə duruşunu salondan təvəqqe etmişdir. Sonra kitabın müəllifi  Sevil Gül Nur xanımı tədbir iştirakçılarına təqdim etmiş və ərsəyə gələn kitab haqqında ətraflı məlumat vermişdir. Bakı şəhərindən gələn Prezident təqaüdçüsü, şair-publisist Nəcibə İlkinə söz verilmişdir. Bundan sonra kitab ətrafında müzakirələrə başlamışdır. Yardımlı rayon Ağsaqqallar Şurasının sədri Məzlum Mənsimov,  Masallı regional Mədəniyyət  idarəsinin Yatdımlı rayon nümayəndəsi  Ayaz Əliyev, rayon İdman və Gənclər idrəsinin rəis müavini Rövşən Süleymanov, Qazi, Milli Qəhrəman Bəhruz Mansurovun qardaşı Bəhram Mansurov, şair Əlisəfa Əhmədov  və başaları  çıxış etmişlər.  Sonda söz  Sevil Gül Nur xanıma verilmişdir. Müəllif tədbir iştirakçılarına minnətdarlıq etmiş və öz kitablarından bir qismini hədiyyə etmişdir.