Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib

01.05.2024

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin anadan olmasının 101- ci il dönümü münasibətilə “Heydər Əliyev irsi və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirilib.

Yeni Azərbaycan Partiyası (YAP) Lənkəran rayon təşkilatının və Lənkəran-Astara regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin iştirakçıları əvvəlcə Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramlara yad ediblər.

Tədbirdə ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev çıxış edərək ümummilli lider Heydər Əliyevin gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib. Bildirib ki, bugünkü Azərbaycan gəncliyi sağlam təməl prinsipləri üzərində qurulub. Bu təməl prinsipinin banisi isə ümummilli lider Heydər Əliyevdir. Onun sözlərinə görə, gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində də həlledici rol oynadı.

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Rəisi Teymur Babazadə, , Lənkəran-Astara Regional Sosial Xidmətlər agetliyinin əməktaşı Orxan Dadaşzadə və Gənc fəallar Allahverən Hüseynzadə, Əli Qədirli, Tural Şahbazov ulu öndər Heydər Əliyevin gənclərə qayğısından, gənclərin ölkəmizin ictimai-siyasi həyatında, elmimizdə səmərəli rolundan danışıblar.

Tədbirin sonunda bir qrup YAP fəallarına təşəkkürnamə, Anti terror əməliyatlarında şəhid olmuş hərbiçilərin ailələrinə şəhidin ev muzeyinə qoyulmaq üçün xususi hazırlanmış “saat” təqdim edilib.