Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Dünya Ortaq Evimiz” adlı Ekoloji bilik günü keçirilib

01.05.2024

 Cəlilabad rayon Mərkəzi Kitabxanasının qarşısında Azərbaycan Respublikasında 2024-cü ilin "Yaşıl dünya həmrəylik ili" elan edilməsi ilə əlaqədar "Dünya ortaq evimiz" adlı Ekoloji bilik günü təşkil olunub.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhər Bələdiyyəsinin sədri Ozüxan Niftiyev, Gənclər və İdman Sektorunun baş məsləhətçisi Salamat Nəcəfov, Cəlilabad Uşaq Gənclər İnkişaf Mərkəzinin əməkdaşı Mehparə Əhmədova,Təkrar emalla əl işləri daim maraq doğuran Yusif Əliyev, Leyla İbadova, Əməkdar mədəniyyət işçisi Cahangir Muradov, Rəşad Abdullayev adına 2 saylı tam orta məktəbin müəllim və şagirdləri, rayon ictimaiyyəti iştirak edib.

Tədbiri giriş sözü ilə Uşaq şöbəsinin böyük kitabxanaçısı Gülzar Qubadova açaraq, bildirib ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik" ili elan edilməsi haqda sərəncam imzalayıb. Azərbaycanın 2030-cu ilə qədər sosial iqtisadi inkişafa dair beş milli prioritetindən biridə təmiz ətraf mühit və yaşıl artım ölkəsi kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması yaşıllıqların bərpası və artırılması su ehtiyatlarının və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Çıxışlarda vurğulanlb ki, Prezident İlham Əliyevin sərəncamına əsasən iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cu il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib.

Daha sonra şəhid Rəşad Abdullayev adına 2 saylı tam orta məktəbin II sinif şagirdlərinin, ifasında Azərbaycan şairi Məhəmməd Füzulinin "Meyvələrin söhbəti" şeir-kompozisiyası, Cəlilabad Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin ifalarında isə rəqs nömrələri təqdim olunub.

Tədbirdə "Atma! və Dəyərləndir! başlıqlı stend, məişət tullantılarından düzəldilmiş əl işləri və suvenirlər numayiş edilib.

Tədbirə gətirilən ev heyvanları azyaşlılarda xüsusi maraq doğurub, onların sevincinə səbəb olub.