Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Gəncliyin səsi” festivalı çərçivəsində Masallıda tədbir

04.02.2019

Fevralın 4-də Masallı Regional “ASAN həyat” kompleksindəki Kinoklubda Gənclər günü münasibətilə ənənəvi təşkil olunan “Gəncliyin səsi” festivalının növbəti mərhələsində gənc rejissorlarla görüş keçirilib, onların filmlərinin nümayişi olub. Festival Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) birgə təşkilatçılığı ilə reallaşıb. Festival gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, bilik və bacarıqlarının, əldə etdiyi nailiyyətlərin dəstəklənməsi, yeni simaların aşkar olunması məqsədi daşıyır. Fevralın 5-dək davam edəcək festival çərçivəsində mədəniyyətin müxtəlif sahələri üzrə peşəkar və həvəskar gənclərin iştirakı ilə konsertlər, görüşlər və tamaşa nümayişləri keçirilir.

     Tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Lətifə Mövsümova və gənc rejissor  Murad Quliyev bir neçə ildir ki, “ASAN Xidmət”lə  birgə reallaşdırılan  festivalın  əhəmiyyətindən, istedadlı gənclərin festival və müsabiqələrdə iştirakının dövlət tərəfindən dəstəkləndiyindəndanışıblar.

      Daha sonra Kinoklubda gənc rejissorlar Murad Quliyev və Zamin Məmmədovun  “Debüt”  studiyasında  istehsal olunan  “Yol ayrıcında qalmış taksı” və “Onun atası” adlı qısametrajlı filmləri nümayiş edilib. 
Film haqqında müzakirələrlə davam edən tədbir maraqlı diskussiya şəraitində keçib.