26.04.2024
Cəlilabad rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası"-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamının icrası ilə bağlı 1 saylı şəhər məktəb liseyində “Erkən nikah hallarının qarşısının alınması” mövzusunda tədbir keçirilib.
Tədbirdə məktəbin IX sinif şagirdləri iştirak edib.
Uşaq şöbəsinin müdiri Rəna Təhməzova çıxış edərək bikdirib ki, erkən nikah cəmiyyətimizdə aktual problemlərdən biridir. Ölkəmizdə onun doğurduğu fəsadlarla bağlı onu deyə bilərik ki, erkən nikah bəzən qızların öz istəkləri, bəzən də valideynlərinin təzyiqi, ailədə maddi vəziyyətin çətinliyi və digər səbəblərdən baş verir. Erkən nikah və qızların təhsildən yayınması mövzusundan danışaraq bildirib ki, təhsil və maariflənmə bütün azadlıqlardan üstündür! Çünki azad olmaq istəyirsənsə təhsil almalısan və maariflənməlisən.
Yekunda mövzu ilə bağlı şagirdlərlə fikir mübadiləsi aparılıb.