Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

30 Aprel-Qanlı yaddaş

30.04.2024

Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Dövlət Neft Akademiyasında qanlı terrorun ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir başlamazdan öncə bu qanlı faicə zamanı həyatını itirmiş günahsız vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiridə ilk çıxış edən kitabxananın əməkdaşı Rasif Dadaşov bildirib ki, bu gün Azərbaycan tarixində qanlı səhifə olan Neft Akademiyasında törədilən dəhşətli terror aktından 15 il ötür.

Sonra kitabxananın digər əməkdaşı Şəmsurə Nəsirova məruzəsində vurğulayıb ki, kütləvi qətliam kimi tarixə keçən cinayət 2009-cu ilin aprelin 30-da ADNA-nın Bakı şəhəri, Dilarə Əliyeva küçəsində, 227 saylı ikinci korpusunda baş verib. Qeyd olunub ki, ali məktəbin binasına daxil olan Gürcüstan vətəndaşı, 1980-ci il təvəllüdlü Qədirov Fərda Əsəd oğlu inzibati binanın birinci mərtəbəsindən altıncı mərtbəsinədək önünə çıxan hər kəsə Makarov tipli tapançadan atəş açıb. Həlak olanlar arasında tələbə və müəllimlər olmaqla 12 nəfər həlak olub, 13 nəfər isə yaralanıb. Cinayətkar Fərda Qədirov təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilərək məhv edilib. Müxtəlif dönəmlərdə terrordan çox ziyan çəkmiş xalqımız cinayət qurbanlarını heç zaman unutmur, onları rəhmət hissi ilə xatırlayır.