Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Gələcəyin sağlam yolçuları- Azərbaycan gəncləri

01.02.2019

01 fevral 2019-cu il tarixində   R.Tağıyev adına Masallı Tarix Diyarşünaslıq muzeyində Gənclər günü ilə bağlı " Gələcəyin sağlam yolçuları-Azərbaycan gəncliyi" mövzusunda tədbir keçirildi. Tədbir muzeyin," Asan Xidmət"in könüllüləri,Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı gənclərinin yaxından iştirakı ilə keçirildi.
Giriş sözü muzeyin direktorut Əntiqə Tağıyeva açaraq 2 fevral Gənclər günü münasibəti ilə bütün gəncləri təbrik etdi. Tağıyeva Prezident cənab İlham Əliyevin bütün fəaliyyəti dövründə Azərbaycan gəncliyinin hərtərəfli inkişafına diqqət və qayğı ilə yanaşmasından danışaraq,gəncləri öz fəaliyyətləri ilə xalqına,dövlətinə xidmət etmələrini tövsiyyə etdi. Tədbirdə muzeyin elmi işçisi Həbib Ağayev ,Asan könüllülər təşkilatının nümayəndəsi Aytəc Bağırova,YAP Masallı rayon təşkilatının nümayəndəsi Ceyhun Bağırov çıxış edərək gəncləri təbrik etdilər, onlara gələcək işlərində uğurlar,milli-mənəvi ruhda tərbiyə olunmalarını,vətən üçün layiqli bir gənc olmaqlarını və bütün işlərdə fəal olmağa çağırdılar.
Sonra tədbirdə Rayon Müharibə,Əmək,və Silahlı Quvələri Veteranları Şurasının sədri Məmmədağa Şiriyev çıxış edərək gəncləri bayram münasibəti ilə təbrik etmiş,günü-gündən inkişaf edən ölkəmizdə firavan gənçlik , uğurlu gələcək,daha əzmlə işləmələrini arzulayıb. 
   Sonda gənclərə rayonun  ictimaii şlərində fəal iştirakına görə hədiyyələr təqdim edilib.