Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Əli Tudə-100

30.04.2024

 Masallı rayon Mərkəzi Kitabxanasında görkəmli şair Əli Tudənin anadan olmasının 100 illiyi ilə əlaqədar “Əli Tudə - 100” adlı tədbir keçirilib.

Tədbirdə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, 1924-cü ildə Bakıda anadan olan Əli Tudə kiçik yaşlarından hər iki valideynini itimişdir. O, 150 saylı orta məktəbdə təhsil almış və bu dövrdə Bakı Pionerlər Sarayının nəzdində ədəbiyyat dərnəyinin fəal üzvü olmuşdur. 13 yaşlı Əli Tudənin ilk şeirləri Heydər Rzazadə imzası ilə “Kommunist”, “Yeni yol” qəzetlərində çap olunub, radioda səsləndirilib.1938-ci ildə həmin ədəbiyyat dərnəyinin nəşr etdirdiyi almanaxda da şeirləri çap olunub.

Sonra kitabxananın digər əməkdaşı Rasif Dadaşov məruzəsində Əli Tudənin 1940-cı illərdə Cənubi Azərbaycanda başlanan azadlıq hərəkatına qoşulub silahı və qələmi ilə mübarizə apardığını, milli ruhlu şeirləri ilə xalqı istiqlala çağırdığını diqqətə çatdırıb. Qeyd olunub ki, Əli Tudə imzası ilə çap olunan şairin şeirləri Ərdəbildə çıxan “Zidd faşist”, “Cövdət” qəzetlərində, ədəbi almanaxlarda, Təbrizdə çıxan “Vətən yolunda” , “Azərbaycan” qəzetlərində, “Şəfəq”, “Azərbaycan” məcmuələrində və “Şairlər məclisi” almanaxlarında müntəzəm olaraq işıq üzü görür. 50 poemanın, 40-a yaxın kitabın müəllifi olan Əli Tudənin əsərləri bir çox xarici dillərə tərcümə olunub.O, “21 Azər”, “Əməkdə fərqlənməyə görə” medalları ilə mükafatlandırılmış, Fəxri Fərmanla təltif olunmuşdur.