Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda “Korrupsiya ümumbəşəri problem kimi” mövzusunda tədbir keçirilib

30.04.2024

Masallı Tarix-Diyarşünaslıq Muzeyi, Mərkəzi Kitabxana və Masallı Dövlət Regional Kollecinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” nın icrası üzrə Korrupsiya risklərinin qiymətləndirilməsi və onların qarşısının alınması məqsədilə “Korrupsiya ümumbəşəri problem kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.

Masallı Rayon Prokurorluğu və Masallı Heydər Əliyev Mərkəzinin dəstəyi ilə muzeydə keçirilən tədbirdə gənclər iştirak edilər.

Əvvəlcə vətənin bütövlüyü və azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru Əntiqə Tağıyeva dünyada və ölkəmizdə korrupsiya həmçinin rüşvətxorluğun yaratdığı neqativ hallardan, bu bəla ilə aparıla biləcək intensiv mübarizə yollarından danışıb.

Sonra çıxış edən Masallı Rayon Prokurorluğunun köməkçisi Elvin Yunuslu qeyd edib ki, Azərbaycan Respublikasında korrupsiya cinayətlərinə qarşı barışmaz və prinsipial mübarizə məhz ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında başlayıb. Bu istiqamətdə qətiyyətli tədbirlər həyata keçirilib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin miqyası daha da genişləndirilib. Fərqli sahələri sistemli şəkildə əlaqələndirən islahatların müsbət nəticələri vətəndaş-məmur təmasında şəffaflıq, hesabatlılıq və rəqəmsallaşdırmanın genişlənməsi kimi korrupsiya riskini minimuma endirən indikatorlara öz töhfəsini verir.

Daha sonra çıxış edən Heydər Əliyev Mərkəzinin əməkdaşı Lətifə Həsənova və muzeyin əməkdaşı Dilgüşə Məmmədova korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə aparılmasının vacibliyindən danışıblar.

Yekunda gənclərin mövzu ilə bağlı verdiyi suallar cavablandırılıb.