Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda ”Fibonacci” intellektual oyunu keçirilib

22.04.2024

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "Fibonacci" intellektual oyunu keçirilib.

Yarış 18 komandanın iştirakı ilə maraqlı və gərgin mübarizə şəklində keçib. İntellektual oyunun sonunda ilk 3 yer tutan komandalar

1️⃣"Golten Ratio"

2️⃣"One minute"

3️⃣"İnterstellar" komandaları diplom, kubok və hədiyyələrlə təltif edilib.

Yarış Lənkəran şəhər Heydər Əliyev Mərkəzi, GİKM-in Lənkəran-Astara regional nümayəndəliyi, Secret kitab evi, Xan skaut dəstəsi və Lənkəran Klubunun birgə təşkilatçılığı ilə keçirilib.