Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Masallıda Gənclər günü qeyd edildi

31.01.2019

31 yanvar 2019-cu il tarixdə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə tədbir keçirildi. Əvvəlcə bir qurup gənc tərəfindən ümummilli lider Heydər Əliyevin abidəsinin qarşısına gül dəstəsi qoyuldu. Mədəniyyət Mərkəzinin salonunda əl işlərindən və rəsmlərdən ibarət təşkil olunmuş sərgiyə baxış keçirildikdən sonra dövlət himnimiz səsləndirildi. Gənclər gununə həsr olunmuş videoçarx nümayiş etdirildi.

     Tədbiri giriş sözü ilə Masallı rayon Gənclər və İdman idarəsinin rəisi Camal Manafov açaraq əvvəlcə təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclərimizin ən sevimli günlərindən biri olan 2 fevral Azərbaycan gəncləri günü münasibəti ilə bütün gəncləri təbrik etdi. Sonra 2018-ci il ərzində “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası qanununun müvafiq bəndləri,” Azərbaycan gəncliyi 2017-2021-ci illər ” Dövlət Proqramından danışaraq, Azərbaycanda gənc nəslin problemlərinin kompleks həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakı üçün dövlət səviyyəsində bütün lazımi işlərin görüldüyü diqqətə çatdırdı.

       Masallı rayon Dəlləkoba kənd ümumi orta məktəbinin gənc müəllimi Cəbrayıl Əlili, Masallı Dövlət Regional Kollecinin gənclər təşkilatının sədri Leyla Baxışova , Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin müfəttişi şəhid Hüseynov Heybət Millət oğlunun övladı Ülvi Hüseynli öz çıxışlarında gəncləri təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayaraq bir daha gəncləri bütün sahələrdə fəal olmağa çağırdı.

      Tədbirdə "Masallı ziyalıları" İctimai Birliyinin sədri Qardaş Fətillayev çıxış edərək Gəncləri 2-Fevral Azərbaycan gəncləri günü münüsibəti ilə təbrik etdi, onlara vətənimiz üçün layiqli bir gənc kimi yetişmələrini arzuladı. Daha sonra Masllı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək əvvəlcə bütün Azərbaycan gənclərini bu əlamətdar bayram günü münasibətilə təbrik edib, onlara gün-gündən daha da inkişaf edən ölkəmizdə xoşbəxt və firavan gənclik, sağlamlıq və uğurlu gələcək arzuladı.

        Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin adından 2 fevral “Azərbaycan Gəncləri günü” münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir sıra gənclərə fəxri fərman və hədiyyələr təqdim olundu.
Tədbir Masallı rayon Mədəniyyət Mərkəzinin gənc incəsənət ustaları, Miriş Hüseynovun, Atamoğlan Zahidin. Şamo İbayevin, Roza İstəyin, Ruslan Zahidovun, “Masallı” rəqs qrupunun ifasında maraqlı konsert proqramı ilə davam etdirildi.