23.04.2024
Yardımlı rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Yardımlı bölməsinin birgə təşkilatçılığı ilə mərkəzdə "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində tədbir keçirilib.
Tədbirdə adı çəkilən qurumların nümayəndə və əməkdaşları, həmçinin Yardımlı rayon Bürzümbül kənd orta məktəbinin rəhbərliyi, müəllim və şagird kollektivi iştirak edib.
Çıxış edənlər Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsini, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunmasını, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini ətraf mühitin qorunması, ekologiya siyasətinin dərin məzmunundan xəbər verdiyini qeyd ediblər. Çıxışçılar o cümlədən son zamanlar respublikamızda həyata keçirilən "Ağıllı kənd", " Ağıllı şəhər" layihələri yürüdülən ekologiya siyasətinə verilən töhvə olaraq vurğulayıblar.
Yekunda məktəblilərin ətraf mühitin qorunması ilə bağlı fikirləri dinlənilib.