23.04.2024
Yardımlı rayon Mərkəzi Kitabxanasında oxucularla birlikdə "23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"ilə əlaqədar “Kitab-keçmişdən gələcəyə körpü” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə açan kitabxananın direktor əvəzi Mehman Xanızadə əlamətdar gün haqqında məlumat verib. O, bildirib ki, aprelin 23-ü Dünya Kitab və Müəlliflik Hüququ Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunur.
Sonra kitabxananın şöbə müdiri Vasif Abdulov məruzə ilə çıxış edib.
Yekunda iştirakçılardan İlkin Alışov, Fəhrad Nüsrətov mövzu ilə bağlı öz fikirlərini bildiriblər.