24.04.2024
Yardımlı rayon Heydər Əliyev Mərkəzində "Tədbirlər Planı"na müvafiq olaraq "Erkən nikah və onun fəsadları" mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə Mərkəzin əməkdaşları və Yardımlı rayon Bozayran kənd tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edib.
Mərkəzin əməkdaşı Zeynəb Məmişzadə bu gün bütün dünyanı ağuşuna alan və ölkəmizdən də yan keçməyən erkən nikahın baş vermə səbəbləri, yaratdığı fəsadları, psixoloji təsirləri, o cümlədən qız uşaqlarının təhsildən yayındırılaraq erkən və məcburi nikahlara cəlb olunması barədə məlumat verib. Z.Məmişzadə həmçinin erkən nikahın məişət zorakılğına zəmin yaratmasından, cəmiyyətdə bu cür halların qarşısının alınması üçün həyata keçirilən maarifləndirici mövzuların əhəmiyyətindən söz açıb.
Yekunda mövzudan bəhs edən "Silinməyən izlər" adlı sənədli film nümayiş olunub.