Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qaranlığa qalib gələn alim qadın-Zərifə xanım Əliyeva

23.04.2024

 Astara Tarix–Diyarşünaşlıq Muzeyində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş ”Qaranlığa qalib gələn alim qadın-Zərifə xanım Əliyeva” adlı tədbir keçirilib.

Tədbirdə Astara şəhər 5 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Astara Tarix-Diyarşünaslıq Muzeyin direktor vəzifəsini icra edən Şahin Əliyev açaraq qeyd edib ki, Azərbaycan oftalmoloqiya elmini beynəlxalq aləmdə tanıdan yüksək intellkt sahibi, büllur çeşməyə bənzər mənəvi təmizlik və paklıq nümunəsi, SSRİ Tibb Elmləri Akademiyasının akademik M. Averbax adına mükafatı almış ilk Azərbaycanlı, vətən oftalmologiyası sahəsi üzrə ilk qadın akademik, tibb elimləri doktoru, professor Zərifə Əziz qızı Əliyeva XX əsrin dünya şöhrəti qazanmış ən parlaq ulduz qadınlarındandır.

Zərifə xanım Əliyeva Azərbaycanın qeyrət və idraklıq, ağıl və dərrakəlik, mətanət və mübarizlik, zəriflik və nəciblik, gözəllik və mərhəmətlik, hümanislik və vətənpərvərlik rəmzi sayılan Tomris ana və Nüşabələrin, Burla xatun və Banuçiçəklərin, Məhsəti Gəncəvi və Xurşudbanu Natəvanların, Tuti Bikələrin, Nigarların, Həcərlərin 20-ci yüillikdə ən layiqli davamçılarından biri kimi müasir dövr sivilizasiyasının mürəkkəb və keçilməz sədlərini məharətlə adlamış, onun ciddi tələblərinə mətinliklə cavab verərək elim və təfəkkürün, həkimlik və pedaqoqluğun, rəhimdillik və təvazörkarlğın, alicənablıq və insansevərliyin ən uca zirvəsinə yüksələ bilmişdir.

Sonra muzeyin kiçik elmi-işçisi Çiçək Axundova məruzə ilə çıxış edib.