Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəranda Xalq artisti Qabil Quliyev ilə görüş keçirilib

23.04.2024

Lənkəran şəhər Mərkəzi Kitabxanasında "Mədəniyyətimiz uğurlara doğru" lahiyəsi çərçivəsində Xalq artisti Qabil Quliyevlə görüş keçirilib.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Görüşdə rəsmilər, mədəniyyət işçiləri, teatr xadimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə kitabxananın direktor əvəzi Arzuyə Rufullayeva açaraq aktyorun həyat və yaradıcılığı haqqında məlumat verib.

Sonra çıxış edən Lənkəran Dövlət Dram Teatrının direktoru Anar Babalı, aktrisa, Prezident mükafatçısı Aynur Əhmədova, Rejissor Emil Əsgərov, bəstəkar-musiqişunas Zəminə Tariyelqızı, Qabil Quliyevin qızı Filologiya elmləri doktoru, Professor Sevinc Mehtixanlı, tələbə Aytac Əlizadə , Boladı kənd kitabxana filialının müdiri Könül İsmayılova Xalq artistinin yaradıcılığından söz açaraq, ona müvəffəqiyyətlər arzulayıblar.

Daha sonra Xanəndə İmanverdi Ağayev, skripka ifaçısı Müqabil Kamandar, bəstəkar-musiqişunas Zəminə Tariyelqızı, gənc muğənni Allahveren Pərvizoğlu öz musiqi nömrələri ilə tədbirə rəng qatıblar.

Tədbirin sonunda Xalq artisti, Prezident təqaüdçüsü, Qabil Quliyev keçirilən görüşün təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.