25.04.2024
Masallı rayon Mərkəzi Kitabxanasında Azərbaycan Demokratik Respublikasnın banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbiridə ilk çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, dövlət başçısı İlham Əliyevin 2023-cü ilin sonunda Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 100 illik yubileyinin respublikamızda geniş qeyd olması haqqında Sərəncam imzalamışdır. O, çıxışında diqqətə çatdırıb ki, M. Ə. Rəsulzadə XX əsrin ilk onilliklərində mürəkkəb şəraitdə Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruculuğunda böyük xidmətləri olmuş önəmli şəxsiyyətdir. Rəsulzadənin dövrün salnaməsinə çevrilən parlaq publisistik, siyasi, ədəbi-tənqidi və elmi irsi Azərbaycanın ictimai fikir tarixində xüsusi yer tutur.
Sonra kitabxananın digər əməkdaşı Arzu Hüseynova məruzəsində vurğulayıb ki, Azərbaycanın görkəmli dövlət və ictimai xadimi, dahi mütəfəkkiri, publisist Rəsulzadə 1884-cü il yanvar ayının 31-də Bakının Novxanı kəndində anadan olmuşdur. Atası din xadimi olsa da oğlunu şəriət dərsləri almağa deyil, dünyəvi təhsil almağa yönləndirmişdir. Rus-müsəlman məktəbində oxuyan Rəsulzadə təhsilini Bakı Texniki Məktəbində davam etdirib. Onun inqilabi fəaliyyətinin ilk illəri məhz bu dövrə təsadüf edirdi.1902-ci ildə 17 yaşında olarkən rus müstəmləkəsinə qarşı gizli mübarizə aparan Rəsulzadə Müsəlman Gənclik Təşkilatını qurdu. 1908-1911-ci illərdə İranda işlədiyi dövrdə Səttarxan hərəkatı ilə yaxından maraqlanmışdır.1911-1913-cü illərdə İstanbulda Türk Ocaqlarında çalışıb.1913-cü ildə Bakıya qayıtdıqdan sonra mətbuat sahəsində çalışmaqla bərabər Müsavat partiyası ilə siyasi fəaliyyətə başlayıb. Qeyd olunub ki, 1918-ci ilin mayın 28-də onun liderliyi ilə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurasının sədri və siyasi mühacirətin liderlərindən olan Rəsulzadə Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdi. Onun indi də dillər əzbəri olan “Bir kərə yüksələn bayraq bir daha enməz” ifadəsi XX əsrdə Azərbaycan müstəqillik hərəkatının devizinə çevrilmişdi. O, 1955-ci il mart ayının 6-da Ankara Universitetinin tibb fkültəsində şəkər xəstəliyindən yatan Rəsulzadə üç dəfə Azərbaycan kəlməsini deyərək dünyaya gözlərini əbədi yumdu. Azərbaycan xalqı Rəsulzadənin müstəqil dövlətçilik uğrunda fəaliyyətini nəzərə alaraq öz böyük oğlunun xatirəsini hər zaman minnətdarlıq hissi ilə yad edir.