Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda Məhəmməd Füzulinin 530 illiyinə həsr olunmuş tədbir keçirilib

24.04.2024

Cəlilabad rayon Alar kənd Mədəniyyət evinin və Heydər Əliyev adına 1 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə dahi şairimiz Məhəmməd Füzulinin 530 illiyinə həsr edilmiş tədbir keçirilib .

Tədbir şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilərək başlayıb.

Daha sonra tədbirdə çıxış edənlər dahi şairin həyat və yaradıcılığı haqqında iştirakçılara məlumatlar veriblər.

Sonda məktəblilərin hazırladıqları Məhəmməd Füzuli obrazlı kiçik bir tamaşa göstərilib.