Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astarada “COP29 nədir ?” mövzusunda tədbir keçirilib

25.04.2024

Astara Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycan Respublikasının Prizidenti İlham Əliyevin 13 yanvar 2024-cü il tarixli Sərəncamına əsasən 11-24 noyabr tarixlərində keçiriləcək COP29 İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası ilə əlaqədar “COP29 nədir ?” mövzusunda tədbir keçirilib.

Tədbirdə muzeyin əməkdaşları, Astara şəhər 6 saylı tam orta məktəbin müəllim və şagidləri iştirak ediblər.

Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin giriş sözü ilə muzeyin kiçik elmi-işçisi Rəna Əsgərova qeyd edib ki, COP-Conference of the Parties; Tərəflərin Konfarnsı 1995-ci ilin mart ayında Almaniyanın Berlin şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvesiyası üzərində ali qərarların verilməsi üçün yaradılmış qorumdur. COP bu Konvesiyanın ən üst qərarverici qorumudur və Konvensiyaya tərəfdaş olan, onu ratfikasiya edən ölkələr COP-da təmsil olunurlar. COP-un misiyası Konvensiyadan irəli gələn tələblərin, tövsiyələrin icrasına nəzarət etməkdir.

Mövzu ilə bağlı muzeyin şöbə müdiri Vüsalə Xocaxanova geniş məruzə edərək bildirib ki, növbəti COP29 olaraq adlandırılacaq Konfrans 2024-cü il 11-24 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək. Kovesiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.

2024-cü il COP29-a ev sahibliyi etmək növbəsi Şərqi Avropa qrupuna düşmüşdü. Sözügedən qurupa daxil olan ölkəmiz konfransın Azərbaycanda keçirilməsi ilə bağlı namizədliyini irəli sürmüşdür.

Azərbaycanla yanaşı, Ermənistan və Bolqarıstan da nazizədliklərini vermişdilər. Dekabrın 7-də Azərbaycan Respublikası Prizidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış birbaşa danışıqların nəticəsi olaraq verilmiş birgə bəyanatda Ermənistan Azərbaycanın xeyrinə öz namizədliyini geri çəkib. Bundan sonar Bolqarıstan da öz namizədliyini geri götürüb. Beləliklə, 2023-cü ilin dekabırın 9-da Şərqi Avropa regional qurupu Azərbaycanı 2024-cü ildə COP-a ev sahibliyi edəcək ölkə kimi müəyyənləşdirib.

Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlər arası tədbirlərindən biri olan COP29-a 2024-cü ildə ev sahibliyi etməsi Prizident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Azərbaycan Respublikasının Prizidenti ölkəmizin işğaldan azad edilmiş torpaqlarını “ Yaşıl enerji” zonası elan edib. Bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevirilməsi nəzərdə tutulur.

Məruzə ətrafında çıxışlarla tədbirə yekun vurulub.