Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Cəlilabadda ”Sağlam Gələcək Uğrunda Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib

19.04.2024

Aprelin 19-da Cəlilabad 2 saylı şəhər klubu və Cəlilabad rayon Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Peşə məktəbində "Sağlam gələcək uğrunda Narkomaniyaya yox deyək" mövzusunda tədbir keçirilib.

Tədbirə Lənkəran - Astar Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayon üzrə böyük mühasibi Elnur Atakişiyev, Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov, Cəlilabad Dövlət Rəsm Qalereyasının direktoru Elçin Nəzərov və Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Bəhruz Babaşov iştirak ediblər.

Tədbirdə çıxış edənlər Narkotik və psixotrop maddələrin insan həyatı üçün nə qədər təhlükəli və zərərli olması barədə iştirakçılara məlumat veriblər.

Yekunda mövzu ilə əlaqədar çəkilmiş rəsm sərgisinə baxış keçirilib.