Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid olsam ağlamayın

16.01.2019

16 yanvar 2019-cu ildə Masallı  Rayon Mərkəzi kitabxanasında 20 yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.  “Şəhid olsam ağlamayın” başlığı altında keçirilən tədbirdə ilk çıxış edən Xidmət şöbəsinin müdiri Gülər Piriyeva  20 yanvar  hadisələri ərəfəsində baş verən ictimai-siyasi proseslərdən danışıb, Mixail Qorbaçov başda olmaqla o zamankı sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ayrı-seçkilik siyasətinin, ölkəmizin ərazi bütövlüyünün ermənilər tərəfindən pozulmasına  laqeyd münasibət bəsləməsinin bu qanlı hadisələrə gətirib çıxardığını bildirdi. Daha sonra çıxış edən şöbənin işçisi Arzu Hüseynova bu faciə ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşdü. Tədbirdə şəhər 3 saylı tam orta məktəbinin yuxarı sinif şagirdləri iştirak edirdilər.