15.01.2019
15 yanvar 2019-cu ildə Masallı rayon Mərkəzi kitabxanasında 20 yanvar facəsinin ildönümünə həsr olunan tədbir keçirilib. “20 yanvar – qan yaddaşımız” başlığı altında keçirilən tədbirdə ilk çıxış edən Kitabişləmə və komplekləşdirmə şöbəsinin müdiri Südabə Məmmədova 1990 –cı il yanvarın 20-də xalqımıza qarşı rus qoşunlarının törətdiyi vəhşilikdən danışaraq, çoxlu sayda oğul və qızlarımızın amansızlıqla qətlə yetirildiyini bildirdi. Daha sonra şöbənin işçisi Nahidə Fərəcova məruzə ilə çıxış edərək çox böyük çətinliklər, verilən qurbanlar bahasına əldə etdiyimiz müstəqilliyimizin əbədi olacağına inamını ifadə etdi.