15.01.2019
Yardımlı rayon Mədəniyyət işçiləri 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar bir sıra silsilə tədbirlər təşkil edirlər. Belə ki, tədbirlər planına əsasən 15 yanvar 2019 – cu il tarixdə rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Yardımlı şəhər 1 və 2 saylı məktəbin şagirdləri rayonun “Şəhidlər” xiyabanında olmuş, anım mərasimi keçirilmiş və tarix müəllimləri A.Almasov, B.Babayevin faciə ilə əlaqədar məlumatları dinlənilmişdir. Yekunda şəhər 1 saylı orta məktəbin akt zalında faciəyə həsr olunmuş film nümayiş etdirilmişdir.
16 yanvar 2019 –cu il tarixdə Yardımlı rayon H.Əliyev mərkəzində tədbirlər davam etmişdir. Mərkəzdə mədəniyyət işçiləri ilə birlikdə Köryədi kənd orta məktəbinin müəllim və şagirdləri iştirak etmiş, faciənin törədilməsi ilə bağlı çıxışlardan sonra iştirakçılara film nümayiş olunmuşdur.