Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Hüquqlarımızı bilək

17.11.2023

Cəlilabad Heydər Əliyev Mərkəzində “Uşaq hüquqları aylığı çərçivəsində”  “Hüquqlarımızı bilək” adlı tədbir keçirilib.

Cəlilabad Dövlət Rəsm Qalereyası, Mədəniyyət Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, uşaq hüquqları dedikdə, uşaqların təhsil almaq, oynamaq və istirahət etmək, məlumat almaq və dini hüquqları nəzərdə tutulur. Müdafiə hüquqları isə uşaqları müxtəlif zorakılıq, müharibələr və  uşaq əməyinin istismarından, narkotik maddələrin istifadəsindən qoruyur. Bunlardan əlavə Konvensiyanın azad fikir söyləmək, cəmiyyətdə fəal iştirak etmək, yaşamaq və bunun üçün lazımi tələbatları təmin etmək hüquqları da təmin edir.

Sonda “Yaşasın hüquqlarımız” adlı film nümayiş olunub.