Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tofiq Kazımov-100

16.11.2023

Masallı rayon Mərkəzi Kitabxanasında Xalq artisti,görkəmli teatr rejissoru Tofiq Kazımovun anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilib.

Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyev və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən kitabxananın əməkdaşı Şəmsurə Nəsirova bildirib ki, Tofiq Kazımov yaradıcılığı ilə Azərbaycan teatrında önəmli dəst-xətti olan, quruluş verdiyi sənət əsərləri milli teatra zənginlik qatan incəsənət xadimi kimi xatırlanır.

Sonra məruzə ilə çıxış edən kitabxananın əməkdaşı Arzu Hüseynova Tofiq Kazımovun Azərbaycan teatrına bəxş etdiyi töhvələr, sənətə gətirdiyi yeniliklər barədə ətraflı məlumat verib.

Dövlət mükafatı laureatı Tofiq Kazımovun Azərbaycan milli teatr prosesində yeni üslubun- lirik psixoloji teatr məktəbinin yaradıcısı olduğu vurğulanıb.Diqqətə çatdırılıb ki, Akademik Milli Dram Teatrında baş rejissor kimi səhnələşdirdiyi “Sən həmişə mənimləsən”, “Yalan”, “Ölülər”, “Sənsiz”, “Hamlet” kimi dolğun tamaşaları Azərbaycan səhnəsini bəzəyib.