Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

27 Sentyabr - Anım Günü münasibətilə Astara rayon Heydər Əliyev Mərkəzində tədbir təşkil olunub

26.09.2023

Astara rayon Heydər Əliyev Mərkəzində “27 Sentyabr - Zəfərlə sona çatan Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın anım günüdür!” mövzusunda tədbir keçirlib.

Astara rayon Heydər Əliyev Mərkəzinin və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Çıxışlarda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətin dünya hərb tarixinə qızıl hərflərlə yazıldığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın milli maraqlarını uca tutan, Prezident İlham Əliyevin prinsipial mövqeyi hərb, diplomatiya meydanında olduğu kimi, informasiya savaşında da uğurlarımızı şərtləndirib və tarixi Qələbəmizin əsası qoyulub. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz döyüş meydanında da, informasiya məkanında da, siyasi müstəvidə də Qələbə qazandıq.

Yekunda tədbir iştirakçıları Astara rayon Heydər Əliyev Mərkəzinin “Rəssamlıq” dərnəyinin üzlərinin əl işlərindən sərgiyə baxış keçiriblər.