07.12.2018
7 dekabr 2018-ci ildə Masallı rayon Mərkəzi kitabxanasında Azərbaycan parlamenitinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə ilk çıxış edən kitabxananın direktoru Əlhəddin Nəzərov 1918-ci il dekabrın 7-də Xalq Cümhuriyyəti parlamentinin fəaliyyətə başlamasının mili dövlətçilik tarixi baxımından mühüm əhəmiyyət daşıdığını, xalqımızın taleyində silinməz iz buraxdığını bildirib. Parlamentdə ölkədə mövcud olan bütün siyasi qüvvələrin, etnik və milli tərkibin təmsil olunmasına şərait yaradılması, qadınlara seçki hüququnun verilməsi milli hökümətin demokratik təbiətinə, insan haqlarına nə qədər dərin hörmətlə yanaşmasına parlaq sübut idi. Sonra çıxış edən rayon Tarix- diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva dövlət müstəqilliyi bərpa ediləndən sonrakı dövrdə baş verən siyasi proseslərdə parlamentin fəal iştirak etməsinə toxunub,hazırda parlament ənənələrinin uğurla davam etdirildiyini qeyd edib.