Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ölkə Başçısı cənuba gəlir

07.08.2017

Onun Masallıda, Cəlilabadda və Astarada açılışlar edəcəyi gözlənilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 illik fasilədən sonra yenidən, yaxın günlərdə cənuba gələcəyi gözlənilir. Əldə etdiyimiz məlumatlara görə, bu səfər zamanı Ölkə Başçısı Cəlilabadda yeni Dəyirman binasının, Masallıda əsaslı təmir olunmuş, ən müasir avadanlıqlarla təchiz edilmiş Mərkəzi Xəstəxananın, Şəhər 2 saylı Uşaq Bağçasının yeni tikilmiş binasının (elə xəstəxananın şimal tərəfində) açılışında iştirak edəcəyi gözlənilir. Səfər proqramında Masallıda Sənaye məhəlləsinin (Seybətinlə Öncəqala arasında) təməlqoyma mərasiminin, eləcə də Ələt-Astara yolunun Cəlilabaddan Astaraya qədər olan hissəsinin və Astara-Astara dəmir yolunun da açılışı gözlənilir.